Daşınmaz əmlak

Satışda olan obyektlər

Mənzil, həyət evi və villalar. Hər obyektin şəkilləri, videosu və əsas məlumatları buradadır. Baxışa gəlmək üçün zəng edin və ya WhatsApp-da yazın.

Hazırda satışda olan obyekt yoxdur. Nə axtardığınızı yazın, uyğun variant çıxanda xəbər verək.

Obyekti bizdən almağın fərqi

Bu bölmədə İnterium vasitəsilə satışda olan mənzillər, həyət evləri və villalar toplanıb. Hər obyektin səhifəsində qiymət (və ya «razılaşma ilə»), sahə, otaq sayı, mərtəbə, ərazi, şəkillər və varsa video var. Siyahı yenilənir: danışıqda olan obyekt «Rezerv olunub», satılan isə «Satılıb» kimi göstərilir.

Tikinti və təmir komandası olduğumuz üçün obyektin texniki vəziyyətini, yəni elektrik, santexnika, izolyasiya və konstruksiyanı alışdan əvvəl yoxlayırıq. Sonradan gözlənilməz xərc çıxmasın deyə nəyin təmir tələb etdiyini əvvəlcədən deyirik.

Alışdan sonra yenidənplanlaşdırma, dizayn, təmir və ya mebel lazımdırsa, qərar verməzdən əvvəl obyekti birlikdə baxır və təxmini büdcəni deyirik. Siyahıda uyğun variant yoxdursa, büdcəni, ərazini və otaq sayını yazın: uyğun obyekt çıxanda sizə xəbər verək.

Siyahıda təmirli və yaşamağa hazır mənzillər, premium mənzillər, həyət evləri, villalar və kommersiya obyektləri ola bilər. Obyektlər təkcə Bakıdan deyil, Azərbaycanın digər şəhərlərindən də əlavə olunur. Hər obyekt barədə sualı birbaşa onun səhifəsindən WhatsApp-a göndərə bilərsiniz: mesajda obyektin adı və linki avtomatik yazılır.

Suallar

Əmlak barədə suallar

Obyektə baxışa necə gəlmək olar?

Obyektin səhifəsindəki «Bu obyekt barədə soruş» düyməsi ilə WhatsApp-da yazın və ya +994 50 260 70 70 nömrəsinə zəng edin. Baxış vaxtını birlikdə təyin edirik.

Alışdan əvvəl obyektin texniki vəziyyətini yoxlayırsınız?

Bəli. Elektrik, santexnika, izolyasiya və konstruksiyaya baxır, nəyin təmir tələb etdiyini alışdan əvvəl deyirik.

Aldığım obyektin təmirini və mebelini də siz edə bilərsiniz?

Bəli. Dizayn, açar təslim təmir və ölçüyə görə mebel bizim əsas işimizdir. Obyekti birlikdə baxıb təxmini büdcəni əvvəlcədən deyirik.

Bayılda 220 m² mənzil: giriş holu və qarderob, interyer dizayn, Bakı

Əlaqə

Layihəniz haqqında danışaq

Ölçü və ilkin məsləhət pulsuzdur. Formanı doldurun, zəng edin və ya WhatsApp-da yazın. Eyni gün cavab veririk.

Pulsuz ölçü