Haqqımızda
Layihədən təhvilə qədər bir komanda
İnterium memarlıq, interyer dizayn, tikinti, təmir, mebel və daşınmaz əmlak işlərini bir şirkətdə birləşdirir. Müştəri bir müqavilə imzalayır və bir komanda ilə danışır.
- mütəxəssis komandada
- 30+
- istiqamət bir müqavilədə
- 6
- ay zəmanət təhvildən sonra
- 24
Necə işləyirik
Təmirdə ən çox problem iş bir neçə podratçı arasında bölünəndə yaranır: dizayner çəkir, usta başqa cür edir, mebelçi ölçünü üçüncü dəfə götürür. Səhv çıxanda isə hər kəs bir-birini göstərir.
Biz bu zənciri bir komandada birləşdirmişik. Memar və dizaynerlər layihəni hazırlayır, tikinti şöbəsi onu icra edir, satınalma şöbəsi materialları vaxtında gətirir, mebel ölçüyə görə hazırlanır. Layihə rəhbəri əvvəldən sona qədər eyni adamdır.
Hər mərhələ ayrıca qəbul edilir, gizli işlər bağlanmazdan əvvəl fotoya alınır, smeta sətir-sətir açıqdır. Müştəri işin gedişini şəxsi link və canlı kamera ilə izləyir.
Komanda
Memarlıq və dizayn
Memarlar və interyer dizaynerləri: planlaşdırma, 3D vizual, işçi çertyojlar, müəllif nəzarəti.
Tikinti və təmir
Mühəndislər, prorablar və ustalar: söküntüdən incə işlərə qədər bütün icra.
Satınalma və logistika
Materialların seçimi, sifarişi və obyektə vaxtında çatdırılması.
Satış və müştəri xidməti
İlk görüş, ölçü, təklif və müqavilə, sonra işin gedişi barədə daimi əlaqə.
Hüquq və maliyyə
Müqavilələr, sənədləşmə, ödəniş qrafikləri və hesabatlılıq.
Dəyərlərimiz
Keyfiyyət
Hər layihədə yüksək keyfiyyət standartlarını əsas götürür, detallarda mükəmməlliyə önəm veririk
Peşəkar komanda
Bilik və təcrübəmizi birləşdirərək hər layihəyə fərdi və peşəkar yanaşma təqdim edirik
Müştəri məmnuniyyəti
Müştərilərimizin ehtiyaclarını anlayır, onların gözləntilərini qarşılayan həllər yaradırıq
İnnovasiya
Müasir texnologiyaları və innovativ dizayn yanaşmalarını tətbiq edərək funksional və estetik məkanlar formalaşdırırıq
Məsuliyyət
Hər layihədə öhdəliklərimizə sadiq qalır, işimizin bütün mərhələlərində etibarlılığı qoruyuruq
Komandamıza qoşulun
Hər layihədə öhdəliklərimizə sadiq qalır, işimizin bütün mərhələlərində etibarlılığı qoruyuruq
Rekvizitlər
- Hüquqi ad
- «İNTERİUM» MMC
- VÖEN
- 3105468681
- Hüquqi ünvan
- Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 30, mənzil 21
- Ofis
- Yasamal r-nu, Müstəqillik küçəsi (Kristal Park Yasamal kompleksi), Bakı

Əlaqə
Layihəniz haqqında danışaq
Ölçü və ilkin məsləhət pulsuzdur. Formanı doldurun, zəng edin və ya WhatsApp-da yazın. Eyni gün cavab veririk.